Onlayn ictimai-siyasi qəzet
“İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi ilə bağlı idi”.
Musavat.com xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.
O deyib ki, artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir: “Növbəti mərhələ olaraq Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır. İranlı həmkarlarımızla aparılan danışıqlarda isə İran tərəfdən keçəcək dəmir yolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ