İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının anım mərasimini keçirən keşişə xidmət etmək qadağan edilib

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Lışçikova təpəsindəki Müqəddəs Məryəmin Şəfaət Kilsəsinin keşişi Dmitri Safronova üç il müddətinə xidmət etməyi qadağan edib. Müvafiq fərmanın mətni Moskva yeparxiyasının saytında yerləşdirilib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, fərmanda Safronovun xeyir-dua vermək, cübbə və keşiş xaçı taxmaq hüququndan məhrum edildiyini qeyd olunub. O, qarşıdakı üç ili Novye Vorotnikidəki Böyük Müqəddəs Pimen kilsəsində vaiz kimi keçirəcək və rektorun əmrlərini yerinə yetirəcək.

Eyni zamanda, yasaq müddəti başa çatdıqdan sonra Rus Pravoslav Kilsəsi Safronovun sonrakı xidməti ilə bağlı qərar verəcək.

Safronov Moskva İlahiyyat Seminariyasının məzunudur. 2006-cı ildə dyakon rütbəsi alıb, bundan sonra Lışçikova təpəsindəki Şəfaət kilsəsində xidmət etməyə başlayıb. 26 mart 2024-cü ildə o, Borisov qəbiristanlığında Aleksey Navalnı üçün anım mərasimi keçirib.

Keşişə cəzanın bu səbəbdən verildiyi ehtimal edilir. Çünki Navalnı Rusiya müxalifətinin lideri idi, patriarx Kirill isə Rusiya iqtidarının göstərişlərini icra edən biri kimi tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR