Onlayn ictimai-siyasi qəzet
NATO-nun Hərbi Komitəsi yanvarın 17-18-də Brüsseldə Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
"İclasda ilk dəfə olaraq Ukrayna-NATO Şurası formatında görüş keçiriləcək", - mesajda deyilir.
Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq, onun müavini Mirça Coana, o cümlədən siyasət və hərbi məsələlər üzrə ekspertlər çıxış edəcəklər.
İştirakçılar arasında müttəfiq ölkələr, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya da olacaq.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ