Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ölkəsi ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə, nüvə silahı ilə cavaba icazə verən doktrinanı təsdiqləyib. Rusiya bu sənədlə uyğun zəmində nüvə müharibəsinə başlaya biləcəyini rəsmən bəyan edib.
Putinin qərarından sonra Rusiya mediasında Ukraynanı silahlandıran Böyük Britaniya və müttəfiqlərinə qarşı təhdidedici materiallar dərc olunmağa başlayıb. Rusiya dövlət televiziyasında xəbərdarlıq edilib ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə, Kreml Londona “xüsusi diqqət” göstərəcək. Aparıcı nüvə silahının yerləşdirildiyi güman edilən Rusiyanın Kalininqrad anklavından hədəfə alınacaq bir sıra Avropa ölkələrinin adlarını da çəkib.
Latviya, Litva, Estoniya, Çexiya, Rumıniya, Almaniya və Fransanın potensial raket hücumunun ilk hədəfi olacağı bildirilib. Mirror.co-nun yazdığına görə, aparıcı daha sonra nüvə hücumu zamanı “xüsusi diqqət” yetiriləcək Britaniya ilə bağlı bu açıqlamanı verib:
“Biz ənənəvi düşmənimiz kimi Britaniyaya xüsusi diqqət yetirəcəyik, (Rusiya) Şimal Donanmasının əhəmiyyətli bir hissəsi ona qarşı işləyəcək. Vaşinqton təkcə London yox, həm də Mançester, Birminqem və Şotlandiyanın ən böyük dəniz bazası, kralın nüvə raketlərini “tridentlər” kimi saxladığı Devonport, Klit, Şirness limanı və Kentdəki Çatem gəmiqayırma zavodunu da hücum altına salır”.
Polşanın hava hücumundan müdafiəsi və radar kəşfiyyatı Ukraynaya hava hücumu xəbərdarlığı fonunda ən yüksək hazırlıq səviyyəsinə gətirilib, NATO təyyarələri də havaya qaldırılıb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, tədbirlər Rusiyanın Ukraynanın qərbi də daxil olmaqla, bir çox hədəflərinə edilən növbəti hücumu ilə əlaqədar görülüb. Həmçinin bildirilir ki, Polşa və müttəfiqlərin təyyarələri Polşanın hava məkanının qorunmasında iştirak edir:
"Silahlı qüvvələrin əməliyyat komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeliyində olan qüvvə və bölmələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir".
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ