İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir buna görə saqqalını kəsibmiş - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl "Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli görünüşündə dəyişiklik etmişdi.

İfaçı illər sonra saqqalını kəsməsinin səbəbini "Xəzər axşamı" verilişində qonaq olarkən açıqlayıb. O "44" adlı filmdəki rolu üçün dəyişiklik etdiyini bildirib:

"Sabah Qarabağa gedəcəyəm. Vətən müharibəsinə həsr olunmuş "44" adlı film çəkilir. Mən orada baş rollardan birini canlandırıram, baş leytenantam. Saqqalımı ona görə təraş etmişdim. Qarşıda saçımı və saqqalımı bir dəfə də qırxacağam. Təklif gələndə qürur hissi yaşadım. Düzdür, saqqalmı qırxmaqla bağlı bir az özümdə problem yaşadım. Çünki illərdir saqqal saxlayırdım. Baş rollardan birini də İbrahim Çingiz canlandırır. Bəddi filmdir və martın ortalarına qədər çəkilişlər bitəcək. Yəqin ki, "Zəfər günü"də kinoteatrlarda işıq üzü görəcək. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun layihəsidir". (Axşam.az) 

1263075_(1).jpg (57 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR