İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com Laçında! - FOTOLAR

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

"Musavat.com"un Laçına ezam olunmuş əməkdaşları xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspertlər, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcəklər.

Bundan başqa, jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olacaqlar.

Səfər iştiakrçıları Laçının Zabux və Sus kəndlərinə də gedəcəklər.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Elçin Əkbərov,
Məhəmməd Türkmən
Laçın

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR