İnsanlara hürriyət, millətlərə istiqlal!

Münaqişə yenidən alovlandı – ABŞ müdaxilə etdi

Serbiya və Kosovo arasında davam edən gərginlik yeni savaşla bağlı narahatlığı da özü ilə gətirib.

Bölgədəki fəaliyyətlə bağlı açıqlama verən ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Kosovo Baş naziri Albin Kurti ilə danışıb.

ABŞ rəsmisi telefon danışığında Serbiyanın Kosovo sərhədində hərbi fəaliyyətindən narahatlığını dilə gətirib. Sallivan ABŞ-ın NATO-nun Kosovodakı sülhməramlı missiyasına (KFOR) dəstəyini davam etdirəcəyini bildirib.

Həmçinin Kosovo və Serbiya arasında Avropa Birliyinin vasitəçilik etdiyi dialoqu müzakirə edərkən, Sallivan bunun bölgədə sabitliyi qorumaq üçün yeganə uzunmüddətli həll yolu olduğu fikrini bölüşüb.

Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də əsasən serblərin yaşadığı Banskda yolu bağlayan silahlı serblərin atəş açması və nəticədə bir polisin ölümü ilə yenidən şiddətlənib. Kurti təxminən 30 nəfərdən ibarət silahlı qruplaşmanın Kosovo polisinə hücum etdiyini və hadisəyə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlayıb. Bansk monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alınıb və gün ərzində bölgədə qarşıdurmalar davam edib.

Kosovo daxili işlər naziri Xelal Sveçla qarşıdurmada 3 qruplaşma üzvünün öldürüldüyünü, 6-nın ələ keçirildiini açıqlayıb. Serbiya Prezidenti Aleksandr Vuçiç insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.

Qarşıdurmadan sonra bölgədəki ABŞ və NATO sülhməramlılarının sayının artırılacağı barədə məlumat yayılıb./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR