İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühüm görüş BAŞ TUTDU: Əliyev, Putin və Paşinyan arasında VACİB MÜZAKİRƏ - VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib. MDB liderlərinin qeyri-formal sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin sammitlə bağlı açıqlama verib.

Putin bildirib ki, Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.

“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq” - Rusiya lideri Paşinyanla bu gün keçirdiyi görüşdə deyib.

Qeyd edək ki, Vladimir Putin Nikol Paşinyanla görüşündə "Dağlıq Qarabağ" ifadəsini işlətməyib:

"Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin, Ermənistan-Azərbaycan münasibətlərinin və Qarabağla bağlı hər şeyin nizamlanmasıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR