Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibəyə son qoymaq üçün danışıqların növbəti mərhələsi gələn həftə Londonda keçiriləcək.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı Fransanın xarici işlər naziri Jan-Noel Barrot Parisdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna nümayəndələrinin görüşündən sonra açıqlayıb.
Nazir bildirib ki, “çox açıq, çox səmimi müzakirələr bu əsasda dialoqu davam etdirmək üçün gələn həftə ukraynalıların artıq razılaşdığı,Ə Rusiyanın da razılaşacağına ümid etdiyimiz qeyd-şərtsiz atəşkəsin əldə olunmasına imkan yaratmaq üçün Londonda yenidən görüşməyə razılaşan avropalıların, ukraynalıların və amerikalıların birgə düşüncələrini inkişaf etdirdi".
Barro vurğulayıb ki, baş tutan danışıqlar və növbəti görüş Avropanın danışıqlar masası arxasında yer almasına sübutdur: "Uzun müddət avropalıların danışıqlarda iştirak etməyəcəyi ilə bağlı qorxular var idi - lakin bu gün Parisdə avropalılar, amerikalılar və ukraynalılar ilk dəfə bir araya gəldilər".
Fransa prezidenti Emmanuel Makron Donald Trampın müharibənin tez bir zamanda dayandırılması təşəbbüsünü dəstəklədiyini bildirib və ABŞ-la sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb. O bununla bağlı X hesabında yazıb: "Bu gün atəşkəsə necə nail olmaq və hərtərəfli, davamlı sülhün bərqərar edilməsi ilə bağlı müsbət və konstruktiv müzakirə apardıq. Mən aydın koordinasiyanı saxlamaq üçün prezident Zelenski ilə iki dəfə - görüşlərdən əvvəl və sonra danışdım. Danışıqlar gələn həftə Londonda davam etdiriləcək".
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ