İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəmmalı yol qəzası: Sürücü şoka düşdü, arxa oturacaqda qadın cəsədi tapıldı - VİDEO

İstanbulda yük maşınının sürücüsü idarəetməni itirərək minik avtomobilinə çırpılıb.

Musavat.com xəbər verir ki, qəzadan sonra avtomobilin sürücüsü şoka düşüb.

Minik avtomobilin arxa oturacağında üzü örtülü qadın meyidinin aşkarlanması da qalmaqala səbəb olub. Vəziyyəti jandarma və təcili yardıma xəbər verən vətəndaşlar avtomobilin sürücüsünü sakitləşdirməyə çalışıb. 

Jandarma qrupları yolda təhlükəsizlik tədbirləri görərkən, təcili yardım ilk müayinələrində qadının həyatını itirdiyini müəyyən edib. Sürücüyə isə hadisə yerində ilk müdaxiləni edən sağlamlıq qrupları onu müalicə altına almaq üçün xəstəxanaya aparıb.

Hadisədən sonra işə başlayan jandarma qrupları qadının qəza zamanı və ya daha əvvəl ölməsi barədə araşdırmalar aparılacağını bildirib. Tibbi ekspertiza araşdırmalarından sonra qadının hansı səbəbdən öldüyünü açıqlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR