Onlayn ictimai-siyasi qəzet
I Liqada çıxış edən «Qaradağ Lökbatan»da baş məşqçi ayrılığı reallaşıb.
Fərid Məmmədov qəsəbə təmsilçisinin sükanı arxasından ayrılıb.
Ötən ilin noyabrında bura gəlmiş mütəxəssisin gedişi səbəbsiz deyil. Atdığı addım fikir ayrılığından dolayıdır.
Kiminlə?
Bəllidir ki, F.Məmmədov baş məşqçi vəzifəsini rəsmən daşısa da, əslində, bu işi Amit Quluzadə görüb. Sonuncunun B kateqoriyası olmadığı üçün iştirak ərizəsində rəsmiləşmə bu cür aparılıb.
Komandanın uğursuz çıxışı tərəfləri üz-üzə gətirib. Aralarında ciddi mübahisə yaranıb. Rəhbərlikdən dəstək alan Quluzadə Məmmədovun düşərgədən getməsinə nail olub.
«Qaradağ» 21 tura 16 xal toplayıb. Çempionatın ötənilki gümüş medalçısı hazırda turnir cədvəlinin 10-cu, yəni, sonuncu pilləsində qərarlaşıb./SPORTİNFO.AZ/
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ