İnsanlara hürriyət, millətlərə istiqlal!

Müalicəvi xüsusiyyətləri qabığında gizlənmiş çərəz – Görün hansı faydaları var

Yer fıstığının tərkibində çoxlu vitaminlər olduğunu və doyurucu, tox saxlayıcı çərəz kimi pəhriz zamanı tövsiyə edildiyini bilməyən yoxdur.

Bəs yer fıstığının qabığının da şəfalı olduğundan xəbəriniz varmı?

Bu çərəzin həm özü, həm də çox vaxt soyub atdığımız qırmızı qabıqları bədəni xərçəngdən qoruyur, immunitet sistemini gücləndirir və dərini gözəlləşdirir.

Yer fıstığı qabığının faydalarını təqdim edirik:

Xərçənglə mübarizə aparır: bu çərəzin nazik qabığı antioksidantlarla zəngindir. Güclü antioksidantlar bədənimizdəki sərbəst radikallarla mübarizə apararaq xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Xolesterolu balanslaşdırır: fıstıq qabığındakı liflər pis xolesterini (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Beləliklə, ürək sağlamlığını qoruyur və damarların tıxanmasının qarşısını alır.

İmmunitet sistemini gücləndirir: tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərə qarşı müqaviməti artırır.

Həzmi asanlaşdırır: yüksək lif tərkibi ilə həzm sistemini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını qoruyur.

Fıstıq qabıqlarından necə istifadə etmək olar?

Bunun bir neçə fərqli yolu var:

Qaynatmaq: bir ovuc fıstıq qabığını yuyub qazana qoyun. Su əlavə edib qaynadın. Bu çayı gündə bir dəfə içə bilərsiniz.

Toz halına salmaq: qurudulmuş fıstıq qabıqlarını toz halına gətirə bilərsiniz. Bu tozu qatıq, salat və ya şorbalarınıza əlavə edərək istehlak edə bilərsiniz.

Hazır məhsullar: Fıstıq qabığı ekstraktı və ya kapsulu şəklində də hazır məhsullar tapmaq olar. Ancaq bu məhsullardan istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Fıstıq qabıqlarını istehlak edərkən diqqətli olmaqda fayda var. Həddindən artıq istehlak bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xroniki xəstəlikləri olanların və ya müntəzəm dərman qəbul edənlərin həkimə müraciət etmələri də vacibdir.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR