İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK faizləri açıqladı, seçkidən ən SON xəbərlər - CANLI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.

Bu gün 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və ailəsi səs verib. Mikayıl Cabbarov səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
M.Cabbarov bildirib ki, bu gün bayram günüdür: “Çünki biz ölkəmizin müstəqillik tarixində ilk dəfə prezident seçkisini Azərbaycan Respublikasının bütün suveren ərazisində keçiririk. Hesab edirəm ki, ölkəmiz üçün böyük xoşbəxtlikdir. Ölkəmizin inkşafının yeni mərhələsidir”, - Cabbarov deyib.

Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb.

Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir ki, qeyd olunan video manipulyasiya məqsədi ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

“Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib. Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılır.

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - birgə açıqlamada qeyd olunub.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu seçkilərin gedişi ilə bağlı son xəbərləri təqdim edir.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR