İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın iki böyük aeroportu hava məkanını bağlayıb

Pilotsuz uçuş aparatlarının mümkün təhlükəsi ilə əlaqədar Moskvanın Vnukovo və Domodedovo hava limanlarında “xalça” rejimi elan edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “xalça” planı hava limanı üzərindəki hava məkanının bağlanmasını və havada olan bütün təyyarələrin dərhal enməsini və ya geri çəkilməsini nəzərdə tutur.

Avqustun 18-də səhər saatlarında təyyarələrin uçuşları müvəqqəti olaraq paytaxtın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarına məhdudlaşdırılıb.

Federal Hava Nəqliyyatı Agentliyi aydınlaşdırıb ki, yeddi reys alternativ aerodromlara yönləndirilib və onlar uğurlu eniş ediblər. Məhdudiyyətlər götürüldükdən sonra bütün sərnişinlər təyinat yerlərinə buraxılıblar.

Bir gün əvvəl Kurskda vurulmuş pilotsuz təyyarə dəmiryol vağzalı binasının damına çırpılıb, beş nəfər şüşə qırıqlarından yüngül xəsarət alıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR