Onlayn ictimai-siyasi qəzet
Rusiya Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsinə qəti şəkildə qarşıdır.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
“Birincisi, Avropa İttifaqı qərəzsiz deyil, halbuki sülhməramlılar qərəzsiz olmalıdır. İkincisi, Rusiya buna qəti şəkildə qarşıdır”, – deyə diplomat Telegram kanalında yazıb.
O, Avropa hərbi kontingentinin yerləşdirilməsi ideyasını “olduqca şübhəli” adlandırıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sülhməramlı qüvvələrin yerləşdirilməsinin yalnız hər iki tərəfin razılığı ilə mümkün olduğunu bildirib. Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın bu barədə fikri heç kəs tərəfindən soruşulmayıb.
"The Telegraph"ın məlumatına görə, Böyük Britaniya və Fransa Ukraynaya 30 minə qədər hərbçi göndərməyi planlaşdırır.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ