Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb.
Musavat.com xəbər verir ki, M.Poqosyan Moskvada tutulub.
Ermənistanda o, 9 cinayət maddəsi ilə axtarışdadır. Məlumatlara görə, Poqosyan Tverskaya küçəsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun üstündə “qaçqın vəsiqəsi” olub. Artıq Miqran Poqosyanın saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda onun Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir.
Poqosyanın Rusiyada “Miqran” şirkətinin məhsullarının topdan satışı, yükdaşıma, avtomobil icarəsi və lizinq fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ