İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada dəhşətli anlar: Küçənin ortasında taksi sürücüsünü güllələdi - ANBAAN GÖRÜNTÜLƏR

 

Rusiya paytaxtı Moskvada atışma ilə nəticələnən münaqişə baş verib. Moskvanın mərkəzində qara "Geely" krossoverinin sürücüsü ilə KIA markalı taksi sürücüsü arasında sözlü mübahisə silahlı qarşıdurmaya çevrilib.

"112" "Telegram" kanalı hadisənin taksinin içindən və kənardan anbaan görüntülərini paylaşıb.

Taksinin salonunda quraşdırılmış müşahidə kamerası "Geely" sürücüsünün travmatik tapançanı çıxarıb, taksinin sükanı arxasında olan 26 yaşlı Saidbek Şerbayevə atəş açdığı anı qeydə alıb. Videoda taksi sürücüsünün aqressiv kişini sakitləşdirməyə cəhd etdiyi, lakin bütün cəhdlərin uğursuz olduğu görünür.

Bir neçə atəşdən sonra atıcı hadisə yerindən qaçıb. Çiynindən yaralanan taksi sürücüsü yaxınlıqdakı xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib. Yaralının vəziyyəti sabit qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanları atışma barədə məlumata operativ reaksiya verib və cinayətkarın axtarışına başlayıb. Polisin koordinasiyalı fəaliyyəti sayəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR