İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Paşinyanın bəyanatına dərhal REAKSİYA VERDİ

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycan haqqında ermənilər arasında formalaşmış stereotiplərlə bağlı səsləndirdiyi bəyanata dərhal reaksiya verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram paylaşımında yazıb:

“KQB 1954-cü ildə yaradılıb. Osmanlı İmperiyasında "erməni soyqırımı" KQB-nin yaradılmasından təxminən 40 il əvvəl, 1915-ci ildə başlayıb”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin siyasi və ictimai düşüncəsində illərlə hökm sürən stereotipləri sarsıdan sensasion bəyanatla çıxış edib. O, erməni cəmiyyətinin türklər və azərbaycanlılar haqqında illər boyu daşıdığı düşmən obrazının Rusiya tərəfindən formalaşdırıldığını açıq şəkildə etiraf edib.

Ətraflı bu linkdə: https://musavat.com/news/turkler-haqqinda-tesevvurumuzu-rusiya-formalasdirib-pasinyandan-ermenistanin-tabularini-sarsidan-cixis_1213648.html

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR