İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi yeni rekord müəyyənləşdirdi

Hindistanın baş naziri Narendra Modi hökumət başçısı kimi 4078 gün vəzifədə qalaraq İndira Qandinin rekordunu geridə qoyub.

Qandi (1917–1984) bu vəzifəni fasiləsiz olaraq 24 yanvar 1966-cı ildən 24 mart 1977-ci ilə qədər -  4077 gün icra etmişdi.

Musavat.com xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bu nailiyyətlə Modi Hindistanın müstəqillik dövründə baş nazir postunda fasiləsiz qalma müddətinə görə ikinci yerə yüksəlib. Bu göstəricidə yalnız ölkənin ilk baş naziri Cəvahirləl Nehrudan geri qalır.

Narendra Modi Hindistanın müstəqilliyindən sonra doğulmuş ilk və yeganə baş nazir olmaqla yanaşı, Cəvahirləl Nehru istisna olmaqla, ardıcıl olaraq üç dəfə siyasi partiyanın lideri seçkilərində qalib gələn yeganə baş nazirdir. O, həmçinin 1971-ci ildən bəri parlament seçkilərində tam səs çoxluğu ilə hakimiyyətə qayıdan ilk fəaliyyət göstərən hökumət başçısıdır. Bundan əvvəl Modi partiyasını Lok Sabha (parlamentin aşağı palatası) seçkilərində üç dəfə ardıcıl qələbəyə aparmaqla Nehrunun göstəricilərinə çatmışdı.

Narendra Modi 17 sentyabr 1950-ci ildə Hindistanın Bombay ştatının Vadnagar şəhərində anadan olub (1960-cı ildən etibarən həmin ərazi Qucarat ştatına daxildir). 2014-cü ildən bəri Hindistanın baş naziri vəzifəsini icra edir. Onun hakimiyyətə gəlişi ilə ölkədə investisiyaların cəlb edilməsinə yönəlmiş “Hindistanda istehsal et” (Make in India) adlı iqtisadi modernləşmə proqramı başladılıb, pul və vergi islahatları həyata keçirilib. 2019-cu ildə isə Modi 1950-ci il Konstitusiyası ilə təsbit edilmiş Cammu və Kəşmir ştatının xüsusi statusunun ləğv olunmasını parlamentdə qəbul etdirməyə nail olub.

Narendra Modi öz ölkəsində müsəlmanlara qarşı sərt münasibətilə tanınan bir adamdır. Onun zamanında müsəlman məscidi hindu məbədinə çevrilib. Bundan başqa, Modi hökuməti fəal şəkildə Ermənistana dəstək verməsi ilə tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR