Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Hindistanın baş naziri Narendra Modi iyulun 8-i və 9-da Rusiyaya səfərdə olacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi Modi və Rusiya prezidenti Vladimir Putinin ikitərəfli münasibətlərin bütün spektrini, eləcə də qlobal və regional məsələləri müzakirə edəcəklərini bəya edib.
Bildirilir ki, Hindistan Ukraynada müharibə başlayandan sonra Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Lakin Rusiya Federasiyasının xeyrinə təxminən 60 milyard dollar məbləğində disbalans yaranıb. Bu, danışıqların mövzularından birinə çevriləcək. Ölkənin xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib ki, Modi Putinlə görüşdə fırıldaqçılar tərəfindən şirnikləndiriilərək Rusiya ordusuna cəlb edilmiş indusların taleyi ilə bağlı məsələ də qaldıracaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, səfər zamanı gündəm zəngin olacaq. Bu, rəsmi səfərdir, lakin Putin və Modi qeyri-rəsmi şəraitdə ünsiyyət qura biləcəklər. Səfər ərəfəsində Hindistan XİN-in katibi Vinay Kvatra hər iki tərəf arasında dialoqa və diplomatik səylərə ehtiyac olduğunu vurğulayıb. Hindistanın “Hindu” qəzeti yazıb ki, Modi və Putin Rusiya ordusunun Hindistan vətəndaşlarını orduya cəlb etməsi məsələsi ilə yanaşı, bir çox digər aktual məsələlərə diqqət yetirəcəklər. “Biz ticarət, kosmos, neft, maye qaz, silah tədarükü, Hindistanda nüvə enerjisi istehsalı üçün reaktorların tikintisi, Qərbin sanksiyaları fonunda qarşılıqlı hesablaşma üsullarından danışacağıq”, - V.Kvatra bildirib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ