Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulasını və 17 maddədən 15-ni razılaşdırıblar.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.
Nazirin sözlərinə görə, iradə olarsa, sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar.
Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib.
Şahanə Rəhimli
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ