İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan Ermənistan - Rusiya münasibətlərindən danışdı

“Ermənistanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədə deyil”.

“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Arab News” telekanalına müsahibəsində bildirib.

“Ədalətli olmaq üçün demək lazımdır ki, Ermənistanla Rusiya arasında münasibətlər, mən deyərdim ki, ən yüksək səviyyədə deyil. Əlbəttə, çətinliklər var və biz onları gizlədə bilmirik və istəmirik”, - Mirzoyan qeyd edib.

Ermənistan XİN rəhbəri həmçinin qeyd edib ki, İrəvan hazırda Ermənistanın iqtisadi sabitliyinin möhkəmləndirilməsində maraqlı olan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı fəal şəkildə dərinləşdirir və ölkə vətəndaşlarının Avropaya can atması mövcuddur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR