İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan: “Ermənistan Azərbaycanla gələcək sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”.

“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə deyib.

O bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.

“Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”, - A.Mirzoyan deyib.

Ermənistan XİN başçısı eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR