Onlayn ictimai-siyasi qəzet
"Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanları var. 4 qardaşımdan biri evlidir, mən və iki qardaşım subaydır. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsiniz, evlənin".
Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mirkamil Kamilov "Qonaqcanlı" verilişində deyib.
O, şəxsi həyatı ilə bağlı sualı belə cavablayıb:
"Qəlbimdə olan biri yoxdur. Mən çətin insanam. Həmin şəxs ancaq mənə dəstək olmalıdır, nə desəm onu etməlidir, mənim sözümdən inciməməlidir. Üstünə qışqırsam, əsəbiləşsəm, o mənə cavab qaytarsa, bu düz deyil, davaya çevrilə bilər. Bununla da hər şey məhv ola bilər".
Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Mirkamil son illərdir səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib. O, heç bir proqrama çıxmır.
M.Kamilov 2014-cü ildə ürəyindən əməliyyat olunub. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Mirkamil hətta açıqlamalarından birində narkotikə qurşandığını demişdi.
Mirkamil illər əvvəl nikahdankənar Sayra adlı qızının olduğunu açıqlamışdı.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ