Onlayn ictimai-siyasi qəzet
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunacağı və minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əmək haqqının artması ilə bağlıdır:
“Artım faizinin ikirəqəmli olacağı gözlənilir. Çünki son illər orta aylıq əmək haqqıda ikirəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əmək haqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək haqqı artımı faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Çünki praktiki olaraq bu minimum əmək haqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər.
Nəticədə bu, 700 mindən artıq vətəndaşımızın əmək haqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, minimum əmək haqqı alan vətəndaşlarımız daha çox sosial təminata ehtiyacı olan vətəndaşlarımızdır. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.
Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarilə minimum əmək haqqının artmasına imkan verəcək.
Konkret məbləği bu ilin payız aylarında müzakirələr göstərəcək”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ