İnsanlara hürriyət, millətlərə istiqlal!

Minasyan: Ermənistan hakimiyyəti yeni güzəştlərə hazırlaşır və bunu gizlədir

 

“Dünya milli maraqların maksimum müdafiəsinə yönəlmiş yanaşmanı təbliğ edir, Ermənistandakı hakimiyyət isə fərqli yanaşmanı rəhbər tutur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı müxalif parlament fraksiyasının katibi Artsvik Minasyan deyib.

Onun sözlərinə görə, söhbət Ermənistanın milli maraqlarının güzəştlərdən və təslim olmasından gedir. “Eyni zamanda hakimiyyət “sülh yoluna qədəm qoyduğuna dair yalan titul bəyanatlar” verməkdən də çəkinmir. “Əslində, bu “sülh” mümkün olan bütün güzəştləri gizlədir. Aydındır ki, indiki hakimiyyət nəinki geosiyasi prosesləri dərk etmir və mövcud vəziyyətə adekvat deyil, həm də diametral əks davranış nümayiş etdirir”, - deyə Minasyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR