İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Qəhrəman Natiq Qasımovun Çexiyada yaşayan əmisi oğlu Prezidentə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verib.

Musavat.com xəbər verir ki, şəhid döyüşçünün əmisi oğlu, Çexiyadakı Azərbaycan icmasının fəal üzvü Çingiz Qasımov Prezident İlham Əliyevə təşəkkür edib.

Diasporla İş üzrə Dövlət Komitəsinə zəng vuran Çingiz Qasımov fikirlərini belə ifadə edib: “Birinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərmiş Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi dövlətin və onun rəhbərinin şəhidlərimizə nə qədər yüksək qiymət verməsinin bariz nümunəsidir. Cənab Prezidentə ailəmiz, nəslimiz adından sonsuz təşəkkürlərimizi çatdırmaq istəyirəm. Uca Yaradan daim Ali Baş Komandanımızın yardımçısı olsun, dövlətimizin bütün hədəflərinə çatması üçün Prezidentə can sağlığı, uzun ömür versin.

Prezidentin qətiyyətli və müdrik siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, az qala üç yüz il çəkən təcavüzə son qoyulub. Bu böyük qələbədə şəhid və qazilərimizin müstəsna əməyi var. Onlara Cənab Prezidentin və Birinci Vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət bir daha sübut edir ki, dövlət üçün vətəndaş və onun maraqları hər şeydən üstündür. Bu gün məhz Ali Baş Komandanımızın sayəsində Azərbaycan xalqı özünü çox etibarlı himayədə, güvəndə hiss edir. Tanrı müdrik rəhbərimizi, Xalq, Ordu, Dövlət birliyini əbədi etsin! Mən Cənab Prezidentə bir daha təşəkkür edir, Azərbaycanın inkişafı naminə şərəfli fəaliyyətində davamlı uğurlar arzu edirəm!”

Xatırladaq ki, Çexiyada yaşayan və Azərbaycan icmasının fəal üzvlərindən olan Çingiz Qasımov Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramında qonaq olarkən əmisi oğlu Natiq Qasımovu necə axtarmasından danışmaqla bərabər, Qarabağın işğaldan azad olunmasına görə dövlət başçısına və qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını ifadə etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR