İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada işgüzar səfərdədir


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 27-də Antiqua və Barbudaya işgüzar səfər edib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Seynt Cons Hava Limanında Milli Məclisin sədrini Antiqua və Barbuda Xarici İşlər Nazirliyinin katibi Entoni Liverpul, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin 4-cü Beynəlxalq Konfransının açılış mərasimində və konfransın 1-ci Plenar İclasında iştirak edəcək. Sahibə Qafarovanın plenar iclasda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR