İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə Qərbi Azərbaycan müzakirəsi: “İndi hamımız özümüzü Qərbi azərbaycanlı hesab etməliyik”

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Deputat Jalə Əliyeva Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərinə istinadən Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza böyük qayıdışa inamını ifadə etdi.

Komitə sədri Musa Quliyev də çıxışını Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşü üzərində qurdu. Bildirdi ki, indiki mərhələdə hər birimiz çiynimizi bu yükün altına verməliyik: “Nə qədər ki, Qarabağ işğalda idi, hamımız qarabağlıydıq. İndi isə hamımız özümüzü Qərbi azərbaycanlı hesab etməliyik”.

Ardınca M.Quliyev bir neçə gün əvvəl səfərdə olduğu Şimali Kipr Türk Cümhuriyyətindəki görüşlərindən danışdı. “Görüş zamanı kıprıslı həmkarlarımız arzu və istəklərini bildirdilər ki, Kıprıs parlamentində Azərbaycanla dostluq qrupu yaradıldığı kimi, Azərbaycan parlamentində də Kıprısla dostluq qrupu yaradılsın”. M.Quliyev spiker Sahibə Qafarovaya xitabən yaz sessiyasında bu məsələyə baxılmasını təklif etdi.

Komitə sədri Şimali Kiprdən olan deputatların Kıprısın Türk Dövlətlər Təşkilatına müşahidəçi statusunda üzv qəbul olunmasına görə Azərbaycan Prezidentinə təşəkkür etdiklərini də söylədi.

Deputatlar Fəzail Ağamalı və Fazil Mustafa da Qərbi Azərbaycan İcmasındakı görüşdən, bu görüşün tarixi əhəmiyyətindən, önəmindən bəhs etdilər.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR