İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: “Ermənistanı sülhə məcbur etmək lazımdır”

“Ermənistan bütün imkanlardan istifadə edərək prosesi ləngitməyə çalışır. Sanki gözləntisi var. Ermənistan öz iddialarının girovuna çevrilib”.

Bu fikirləri millət vəkili Asim Mollazadə Musavat.com-a Azərbaycan ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi ilə bağlı danışarkən bildirib: “Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Qarabağ Azərbaycandır! Biz bunu bütün dünyaya sübut edirik. Azərbaycan və Türkiyəyə qarşı nifrətə son qoyaraq müstəqil dövlət olmaq üçün Ermənistanın şansı var, lakin görünən odur ki, prosesi ləngitməyə çalışır. Danışıqlarda iştirak etməsinə baxmayaraq, nəticə yoxdur”.

Bundan sonra Ermənistanın mövqeyində dəyişiklik olub-olmayacağı barədə şərh verən millət vəkili hesab edir ki, Ermənistanı sülhə məcbur etmək lazımdır: “Bütün beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu ölkələri Ermənistanı başa salmalıdır ki, sülhə alternativ yoxdur. Ermənistan sülh istiqamətində real addımlar atmalıdır və dünyada mövcud olan reallıqla hesablaşmalıdır”.

A.Mollazadə hesab edir ki, Rusiya bölgədə vəziyyətin kəskinləşməsində maraqlı deyil, sadəcə Ermənistanı hər şeyi dondurmağa vadar edə bilər”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR