İnsanlara hürriyət, millətlərə istiqlal!

Məxfi xidmətin rəhbəri GÖRÜN KİM OLDU - FOTO, VİDEO

Donald Trampı Pensilvaniyada sui-qəsd zamanı qoruyan mühafizəçi Şon Karan ABŞ-ın Məxfi xidmətinin yeni rəhbəri təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın yeni prezidenti açıqlama verib.

Qeyd edək ki, Məxfi xidmət prezidentin, vitse-prezidentin və onların ailə üzvlərinin təhlükəsizliyini təmin edən xüsusi qurumdur. Şon Karanın 23 illik peşəkar təcrübəsi və fədakarlığı bu vəzifəyə təyin olunmasında mühüm rol oynayıb.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batler şəhərində keçirilən seçki mitinqi zamanı Donald Trampa silahlı hücum olub. Hadisə nəticəsində o, yüngül yaralanaraq qulağından xəsarət alıb. Atəşi açan 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Gizli Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilərək öldürülüb.

Bu hadisədən sonra Gizli Xidmətin direktoru Kimberly Çitl vəzifəsindən istefa verib. Onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.

Musavat.com sözügedən hadisənin görüntülərini təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR