İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda kondisioner problemi nə vaxt həll ediləcək? - VİDEO

Bakı metrosunda kondisioner və havalandırma problemləri sakinlərin narazılığına səbəb olub.

Sərnişinlər iddia edirlər ki, yayda, xüsusən də son günlərdə yeni qatarlar xəttə az buraxılır. Bu da metroda sıxlıq yaranan zaman hava çatışmazlığına səbəb olur.

Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni qatarlar texniki baxışa getdiyi zaman məcburi olaraq xəttə kondisionersiz və havalandırma sistemi olmayan köhnə qatarlar göndərilir. Texniki baxışdan keçdikdən sonra isə təzə qatarların yenidən xətlər üzrə hərəkəti davam etdirilir.

Bəxtiyar Məmmədov qeyd edib ki, köhnə qatarlara kondisioner sisteminin quraşdırılması texniki cəhətdən mümkün deyil, bunun dəyəri təxminən yeni vaqonun alınmasına bərabərdir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR