İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro səhər saat 04:00-dan işləyəcək

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

Bununla bağlı Bakı Metropoliteninin də iş sisteminin dəyişdiriləcəyi bildirilir. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bunun bağlı quruma məktub daxil olub.

“Hazırda həmin məktuba baxış keçirilir. Qərar veriləndən sonra istimaiyyətə əlavə məlumat veriləcək".(Publika)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR