İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türkiyəli jurnalist vəfat etdi - FOTO

Antalyada yerli mətbuatın məşhur adlarından olan Ali Orhan Lazaloğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Ali Orhan Lazaloğlu Antalyada uzun illər jurnalist kimi fəaliyyət göstərən və media sektorunun tanınmış adlarından biridir.

O, ağır xəstəlik səbəbilə aparıldığı xəstəxananın reanimasiya şöbəsində müalicə alarkən dünyasını dəyişib.

Lazaloğlunun ölümü həmkarlarını şoka salıb. Onu sevənlər sosial media hesablarından ailəsinə və mətbuat ictimaiyyətinə başsağlığı verib.

Antalyalıları üzen haber! Gazeteci Ali Orhan Lazaloğlu vefat etti -  idrak34.com

Antalya valisi Ersin Yazıcı veteran jurnalistin vəfatından sonra sosial media hesabında paylaşım edib.

“Kanal V ekranlarının sevilən siması, Antalyanın veteran jurnalistlərindən Ali Orhan  Lazaloğlunun vəfat xəbərini dərin hüznlə öyrəndim. Mərhum Ali Orhan Lazaloğluna Allah rəhmət eləsin, ailəsinə, yaxınlarına və mətbuat ictimaiyyətinə başsağlığı verirəm”,-deyə Ersin Yazıcı bildirib.

Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek də sosial media hesabından mesaj paylaşım edib.

"Antaliyanın veteran jurnalistlərdən olan Ali Orhanın Konyada vəfat etdiyini dərin hüznlə öyrəndim. Allahdan ona rəhmət diləyirəm. Ailəsinə, pərəstişkarlarına və bütün mətbuat ictimaiyyətinə başsağlığı verirəm”,-deyə Muhittin Böcek qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR