İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur serialdakı BU SƏHNƏ qalmaqala səbəb oldu - Nazirlik hərəkətə keçdi

Türkiyənin Səhiyyə Nazirliyi son zamanların ən çox izlənilən seriallardan olan "Kızılcık Şerbeti"nin son bölümündə itlərin olduğu səhnə ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, nazirlik sözügedən səhnə ilə bağlı hərəkətə keçib.

Sıla Türkoğlu, Evrim Alasya, Sibel Taşçıoğlu, Ahmet Mümtaz Taylan və Doğukan Güngör kimi məşhurların baş rollarını paylaşdığı serialın son bölümündə Nilay adlı personajın itlərlə bağlı səhnəsi diqqət çəkib.

Belə ki, serialda bir it Ünal ailəsinin evinə girərək orada balalayıb. Bunu görən Nilay itləri bir müddət evdə gizlədib. İtləri gördükdən sonra Məryəm (Meri) adlı personajın "İtdən insana heç bir xəstəlik keçməz" deməsi nazirliyin işə qarışmasına səbəb olub. 

Kızılcık Şerbeti'ndeki sahne bakanlığı harekete geçirdi: Doğru değil

Türkiyənin Səhiyyə Nazirliyindən serialın sözügedən səhnəsi ilə bağlı açıqlamaya yayaraq xəbərdarlıq edib. 

""İtdən insana xəstəlik keçməz" ifadəsi doğru deyil. Quduz xəstəliyi başda olmaqla, müxtəlif infeksiyalar itlərdən insanlara keçə bilər. Xüsusilə, quduz xəstəliyi it dişləməsi nəticəsində insana yoluxa bilər. Eyni zamanda, itlərin nəcisi və ifrazatları müxtəlif parazitar və bakterial xəstəliklərin yayılmasına səbəb ola bilər",-deyə nazirliyin yaydığı açıqlamada vurğulanıb. 

Nazirlik ictimaiyyəti bu mövzuda diqqətli olmağa və yanlış məlumatlara inanmağa çağırıb.

Musavat.com

Kızılcık Şerbeti'ndeki sahne bakanlığı harekete geçirdi: Doğru değil

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR