İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rejissor 20 illik arzusunu reallaşdırır  


İyunun 3-də Heydər Əliyev Sarayında rejissor Nail Naiboğlunun kliplərini çəkdiyi ulduzların iştirakı ilə “Klip kimi ömür” adlı qala konserti keçiriləcək.

Musavat.com-a bu haqda rejissor Nail Naiboğlu məlumat verib. O, bildirib ki, bu konsert onun 20 illik arzusudur:

“2005-ci ildə ilk klipimi çəkəndə özümcün xəyallar qurmuşdum. Onlardan da biri Heydər Əliyev Sarayında konsertimin olması idi. Bu gün Allah bu arzumu real edir.

Dekabr ayından hazırlıqlar başlayıb. 100 nəfərdən artıq insan bu gecə üzərində işləyir. Gecədə ulduzları GRAMOPHONE estrada orkestrı müşayiət edəcək. Dirijor Ellada Məmmədova, musiqi rəhbəri Xanım İsmayılqızıdır. Aparıcı Nailə İslamzadədir.

Yerli ulduzlarla birgə Türkiyədən Kiçik İbo qonaq olacaq. İlk dəfə yeni duet səslənəcək. Yəni sürprizlər çoxdur”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR