İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fenomen 13 gündən sonra xəstəliyinin nə ilə bağlı olduğunu AÇIQLADI - gecə hərarətim... FOTO

Xeyli müddətdir yüksək hərarət problemi yaşayan fenomen Sibil Çetinkaya sosial media hesabında səhhəti ilə bağlı açıqlama verib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Çetinkaya paylaşımında qeyd edib:

“13 gündür xəstəxanadayam. Dünən gecə hərarətim 39,5 dərəcə idi. Allah daha pisindən qorusun, amma artıq çox yorulmuşam. Hərarət və halsızlıq davam edir. Yediyim və ya içdiyim bir şeylə əlaqəli deyil. İmmun sistemi ilə bağlıdır. Müalicəm bir müddət davam edəcək”.

Sibil izləyicilərinə mənəvi dəstək verərək bunları əlavə edib:

“Çox yaxında əvvəlkindən daha güclü enerji ilə sizin aranızda olacağam. Dərhal tam sağalacağımı gözləməyin, amma sizin və öz normal enerjim üçün çox darıxmışam”. 

SİBİL.jpg (76 KB)

Sibil Çetinkaya aktyor Şükrü Özyıldız ilə yaşadığı münasibətlə gündəm olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR