İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor və arvadı qapı-qapı gəzib borc ödəyirlər - FOTO

Ötən il reytinq rekordları qıran seriallardan biri olan "Yargı"da Komissar Eren obrazını canlandıran Uğur Aslan və serialın ssenari müəllifi həyat yoldaşı Sema Ergenekon verdikləri yardımla könülləri fəth edib.

Milli.Az xəbər verir ki, Kahramanmaraşda olan zəlzələdə 11 ailə üzvünü itirən məşhur aktyor Uğur Aslanın həyat yoldaşı ilə birlikdə zəlzələ qurbanlarının ərzaq borclarını ödədiyi məlum olub.

Müsahibə zamanı məsələ ilə bağlı sualı cavablandıran Aslan "Allaha şükür, imkanımız var və dəstək oluruq, bu məsələni bağlayaq" deyib.

Müxbir "Baqqal-baqqal gəzib, zəlzələ qurbanlarının borcunu ödəyirsən" dedikdə, Uğur Aslan təəccüblənərək, "Bunu demə. Bu, elə də böyük bir şücaət deyil" sözlərini deyib.

1252310(2).png (361 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR