İnsanlara hürriyət, millətlərə istiqlal!

Məscidin həyətində dəhşət - Namaz qıldıqdan sonra dostunu BIÇAQLAYARAQ ÖLDÜRDÜ

Türkiyənin Manisa vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, məscidin həyətində 35 yaşlı dostu İbrahim G. tərəfindən bıçaqlanan Feyzullah Dəmir həyatını itirib.

Bir müddətdir psixoloji problemləri olduğu üçün müalicə aldığı bildirilən İbrahim G.-ni polis saxlayıb.

Marketoloq işləyən Feyzullah Dəmir rayonda bərbər işləyən dostu İbrahim G. ilə sübh namazı üçün Çarşı Mərkəz məscidinə gəlib. Namazdan sonra iki dost yenidən məscidin həyətində görüşüblər. Bu sırada İbrahim G. naməlum səbəbdən yanındakı bıçaqla dostu Feyzullah Dəmirə hücum edib. Bədəninin müxtəlif yerlərindən yaralanan Feyzullah Dəmir qanlar içində yerə yıxılıb.

Hadisə yerinə təcili yardım və polis gəlib. Təcili yardımın ilk müdaxiləsindən sonra Saruhanlı Dövlət Xəstəxanasına aparılan Feyzullah Dəmiri həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədən sonra polis bir müddətdir psixoloji problemləri olduğu üçün müalicə aldığı öyrənilən İbrahim G.-ni saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR