Müğənni Xatirə İslam ailəsiylə birgə etdiyi Abu Dabi səyahətindən danışıb.
OLAY yazır ki, ifaçıya bu barədə “Günaylı gün” verilişində aparıcı Günay Baxşəliyeva sual ünvanlayıb. Xatirə isə məbləğ danışmağı sevmədiyini deyib:
“Mənim ümumiyyətlə ən acığım gələn mövzulardır məbləğ danışmaq. Dünyasında sevmirəm. Hətta başqa sənət yoldaşlarım da danışanda acığım tutur. Deyirəm, efir sözləri deyil, danışmayaq. Bu dəfə Fəxrəddin (red. – həyat yoldaşı) bizi qonaq etmişdi. Emilin (red. - oğlu) ad günü olduğuna görə, o, mənə sürpriz etdi, mən bilmirdim. Təklif isə məndən gəldi. Mənə belə suallar verməyin, məni tər apardı”.
ŞƏRHLƏRŞƏRH YAZ