Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Mərkəzi Bankı şirkətlərdən birinin inzibati xəta törətməsi ilə bağlı məhkəməyə müraciət etsə də bu, sübuta yetirilməyib.
Musavat.com xəbər verir ki, Mərkəzi Bank “TT Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) maliyyə pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəyib.
Mərkəzi Bank tərəfindən aparılan ilkin araşdırma zamanı MMC-nin ölkədən çıxarılan 150 min dollar valyutanın qarşılığında məhsul idxal etmədiyini müəyyən edib.
Buna görə də MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət edilib.
Nərimanov Rayon Məhkəməsi MMC-nin qeyd edilən inzibati xətanı törətmədiyi qənaətinə gəlib. Mərkəzi Bank da buna etiraz etməyib. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Əgər MMC-nin inzibati xətanı törətdiyi sübuta yetirilsəydi, 150 min dolların 10-30 faizi dəyərində cərimə ediləcəkdi.
İ.Muradov,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ