İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev NATO-nun yeni baş katibini “danışan tutuquşu” adlandırdı

NATO-nun gələcək baş katibi Mark Ruttenin təyinatının Rusiya üçün heç bir mənası yoxdur.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev deyib.

“Mən Mark Rutteni tanıyıram. O, göy qurşağı Hollandiyasının tipik nümayəndəsidir. Nə artırmaq lazımdır, nə də azaltmaq. NATO baş katibinin mənşə ölkəsinin özünün Rusiya üçün heç bir əhəmiyyəti yoxdur. Bu, apriori müstəqillikdən məhrum bir məmur, çoxrəngli, danışan tutuquşudur, Vaşinqtondan olan quşçuların dediklərini itaətkarlıqla təkrarlayır”, - Medvedyev deyib.

Rusiya üçün heç nəyin dəyişməyəcəyini bildirən eks-prezident əsas qərarların müttəfiq ölkələr tərəfindən deyil, ABŞ tərəfindən verildiyini vurğulayıb.

P.S. Medvedyev "göy qurşağı Hollandiyası" dedikdə, bu ölkədə LGBT-çilərə xüsusi hüquqlar verilməsini nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR