İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappenin geyiminin qiyməti GÜNDƏM OLDU - FOTO

"Real Madrid"in ulduzu Kilian Mbappe Fransa milli komandasının heyətinə qatıldıqdan sonra dünyaca məşhur bir markaya aid 3 min avroluq idman geyimi ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, 6 aylıq fasilədən sonra yenidən Fransa milli komandasına çağırılan Mbappe 20 və 23 mart tarixlərində Xorvatiya ilə keçiriləcək UEFA Millətlər Liqasının dörddəbir final oyunlarında iştirak edəcək.

Lakin Mbappenin milli komanda düşərgəsinə dönüşündən çox, onun üzərindəki eksklüziv idman geyimi müzakirə mövzusuna çevrilib.

Belə ki, komandanın kapitan sarğısını taxacaq futbolçunun geyindiyi xüsusi dizayn edilmiş idman geyimi "İlan İli"ni qeyd etmək üçün hazırlanıb. Sənət və dəbdəbəni birləşdirən bu geyimin qiyməti isə geniş rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR