İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe kababxananı məhkəməyə verir

PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir.

Məlumata görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kababxanının menyusunda “Mbappenin kəllə sümüyü kimi” təsvir olunan bulkalı kabab var.

Qeyd olunur ki, adı menyuda hallanan yeganə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr olunmuş blinçik hazırlayır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR