İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe bu kluba keçməyəcək - SƏBƏB

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını davam etdirmək üçün artıq "Liverpul"u bir seçim hesab etmir.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe İngiltərə klubuna keçməyi ciddi şəkildə araşdırırdı. Çünki Yurgen Klopp ilə işləmək fürsəti onun üçün cəlbici gəlirdi. Fransız futbolçu Kloppun onu dünyanın ən yaxşı futbolçusu edə biləcəyinə inanırdı.

Almaniyalı məşqçinin mövsümün sonunda "Liverpul"dan ayrıldığını elan etməsi Kilianın fikrini dəyişib. Mersisaydlılar artıq onun üçün seçim kimi qəbul edilmir.

Xatırladaq ki, Mbappe bu mövsüm klubun heyətində bütün turnirlərdə 29 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR