İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask yenə Pentaqona ilişdi: Ucuz dronlar pilotlu təyyarələrdən daha üstündür

ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hesab edir ki, ucuz dronlar gələcəkdə pilotlu təyyarələrin imkanlarını ötəcək.

Musavat.com xəbər verir ki, bunu o, özünün X hesabında qeyd edib.

Maskın sözlərinə görə, “idarə olunan təyyarələr ucuz dronların dəstəsi tərəfindən dərhal məhv ediləcək".

O, Amerikanın “Lockheed Martin” müdafiə korporasiyasını beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramının uğursuzluğunda ittiham edən siyasi fəal Laura Lumerin paylaşımını belə şərh edib. Lumer yazıb ki, “Lockheed Martin” döyüşə hazır olmayan qırıcı təyyarələri tədarük etməklə "Amerika vergi ödəyicilərinə və milli təhlükəsizliyə milyardlarla dollarlıq xəyanətə" görə məsuliyyət daşıyır.

Mask bundan əvvəl ABŞ-ın müharibə vəziyyətində çoxlu sayda uzaq mənzilli pilotsuz təyyarələrə və hipersəs raketlərinə ehtiyacı olduğunu bildirərək, Pentaqonun ənənəvi döyüş təyyarələrinə çəkdiyi xərclərin boşa getdiyini qeyd etmişdi. Bu fikirlərinə görə ABŞ təyyarə istehsalçıları Maska ciddi etirazlarını açıqlamışdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR