İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanmasını tələb etdi

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, “Azadlıq” və “Amerikanın səsi” radioları bağlanmalıdır.

Musavat.com xəbər verir ki, məşhur milyarder bunu öz X hesabında yazıb.

Maskın sözlərinə görə, hər iki radionun populyarlığı aşağıdır və onların fəaliyyətini davam etdirmək üçün ildə təxminən 1 milyard dollar xərclənir.
Onun sözlərinə görə, artıq bu stansiyalarla heç kim maraqlanmır.

Mask vurğulayıb ki, bu radiostansiyaların illik texniki xidməti Amerika vergi ödəyicilərindən yığılan 1 milyard dollara başa gəlir. O, stansiyaları onun "dəli radikal solçular" adlandırdığı şəxslər tərəfindən idarə edildiyinə əmindir: “Bəli, onları bağlayın. Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR