İnsanlara hürriyət, millətlərə istiqlal!

Martın 22 və 23-ü ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Mart ayında Günəşdə baş verən aktivlik nəticəsində Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınıb və ayın sonuna qədər daha bir neçə belə hadisənin baş verməsi ehtimal olunur.

Musavat.com xəbər verir ki, kosmik hava üzrə ixtisaslaşmış “SpaceWeather.com” portalının məlumatına görə, 20 mart 2025-ci il tarixində Günəşdən ayrılan tac kütlə atılımı (CME) Yerə doğru hərəkət edir və bu, 22-23 mart tarixlərində maqnit qasırğasına səbəb ola bilər.

Məlumata əsasən, gözlənilən maqnit qasırğası orta səviyyəli (G2) olacaq. Bu isə yüksək enliklərdə aurora (qütb işıqları) müşahidəsinə və bəzi həssas texnoloji sistemlərdə, xüsusilə də GPS və radiodalğalarda qısa fasilələrə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR