İnsanlara hürriyət, millətlərə istiqlal!

Martda Rusiyanın neft ixracından gəliri 20 faiz azalıb

Martda Rusiya neft və neft məhsullarının ixracı əvvəlki ayla müqayisədə gündəlik 210 min barel artaraq 7,84 milyon barel (2,8 faiz), neft ixracından əldə olunan gəlirlər isə 20 faiz azalaraq 9,3 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında əksini tapıb.

Agentlik mütəxəssislərinni fikrincə, mart ayında Ukraynanın Rusiya neft emalı zavodlarına intensiv hücumları neft ixracının artmasına səbəb olub, əsas neft məhsullarının tədarükü isə azalıb. Mart ayı üçün mövcud ticarət və tanker izləmə məlumatları göstərir ki, Rusiyanın neft ixracı əvvəlki ayla müqayisədə demək olar ki, 400 min barel artıb, neft məhsullarının tədarükü isə demək olar ki, 200 min barel azalıb. Məhsul tədarükünün azalmasına neft emalı zavodunda aparılan təmir işləri də təsir edib. Ən böyük itkilər Rusiyanın fevralın sonunda tətbiq etdiyi ixrac qadağasının nəticəsi olan benzində müşahidə olunur.

Rusiya neftinin qiyməti ay ərzində orta hesabla 1,8 dollar bahalaşıb ki, bu da ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinə baxmayaraq, beynəlxalq bazardakı əlverişli vəziyyət və sabit tələbatla bağlı olub.

Fevral-mart aylarında Hindistan üçün tankerlərə yüklənən böyük həcmdə Rusiya nefti sanksiyalara görə təyinat nöqtəsinə çata bilməyib. BEA bildirir ki, onların hamısı nəticədə Çinə aparılıb.

Aprelin birinci ongünlüyündə Rusiya benzininin FOB şərtləri ilə ixrac qiymətləri orta hesabla təqribən 93,5 dollar, qazoylu üzrə 87,5 dollar, dizel yanacağı üzrə 95,5 dollar, mazut üzrə 52,5 dollar təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR