İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova Vaşinqton görüşünə münasibət bildirdi - GÖZLƏNİLMƏZ POZİTİVLİK

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskva bu görüşü müsbət qiymətləndirir və ümid edir ki, proses Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsinə kömək edəcək:

“Biz həmin görüşdə səsləndirilən, xüsusilə də regional kommunikasiya xətlərinin açılması ilə bağlı ABŞ bəyanatlarını diqqətlə təhlil edəcəyik”.

Rusiya XİN rəsmisi əlavə edib ki, Rusiyanın iştirakı ilə əldə olunmuş üçtərəfli razılaşmalar hələ də qüvvədədir və tərəflərdən heç biri onlardan imtina etməyib. Onun sözlərinə görə, region xaricindən prosesə qoşulan bütün oyunçuların fəaliyyəti mövcud sülh gündəliyinin möhkəmləndirilməsinə xidmət etməlidir.

Analitiklər hesab edirlər ki, Zaxarovanın bəyanatı Moskvanın rəsmi olaraq Vaşinqton görüşünü inkar etmədiyini göstərsə də, Kreml prosesin öz nəzarətindən tam çıxmaması üçün üçtərəfli formatın qorunmasına xüsusi vurğu edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR